Bakıda “Global Village” festivalı keçiriləcək

Bakıda “Global Village” festivalı keçiriləcək

"AİESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatının təşkilatçılığı ilə həyata keçirilən "Global Village" mədəniyyət festivalı iştirakçılara bir gün ərzində bütün dünyanı səyahət etmək şansı verəcək. SİA-nın verdiyi xəbərə görə, avqustun 8-də olacaq layihə Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə reallaşacaq. Tədbirin qonaqları müxtəlif ölkələrin musiqisi, rəqsləri, incəsənət və adət-ənənələrindən zövq almaqla yanaşı, mədəni anlaşma, tolerant münasibət vasitəsilə dünyada birlik və harmoniya əldə edə bilmək kimi mövzulardan çıxış edəcəklər.

Tədbirdə, həmçinin dünyanın 30-dan çox ölkəsindən Azərbaycana dəvət olunmuş xarici könüllülər öz mədəniyyətlərini, adət-ənənələrini təqdim edəcək.

Qeyd edək ki, festival "AİESEC" Azərbaycan Beynəlxalq Gənclər Təşkilatı tərəfindən 2011-ci ildən ənənəvi olaraq keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə