Sentyabrın 16-dan 25-dək Ukraynanın paytaxtı Kiyevdə 9-cu Beynəlxalq müasir incəsənət festivalı - QoqolFest 2016 keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, festivalın "facebook" səhifəsində bu barədə rəsmi məlumat da yerləşdirilib. Builki festivalın mövzusu "QoqolFest.Vavilon (Babil)"dur. Təşkilatçılar festivalın genişmiqyaslı art-araşdırma olacağını və Babil haqqında miflərə yeni, gözlənilməz nəzər nöqtəsindən baxılacağını bildiriblər. Hər il olduğu kimi festivalın qonaqlarını teatr, xoreoqrafiya, akademik və alternativ musiqi, performans, kino, ədəbiyyat və vizual incəsənət istiqamətlərində ən aktual və maraqlı bədii layihələr gözləyir.
Festivalın yaradıcısı Vlad Troitskinin verdiyi məlumata görə QoqolFest "Art-zavod Platforma" kreativ klasterində keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB