“Qiyamət gecəsi 3” filmi ekranlarda

“Qiyamət gecəsi 3” filmi ekranlarda

Nizami Kino Mərkəzində ABŞ və Fransanın "Qiyamət gecəsi 3" bədii və Çinin 3 d formatında çəkilmiş "Buni ayıları: sirkin sirri" animasiya filmlərinin nümayişi başlanıb. SİA-nın verdiyi xəbərə görə, fantastika, döyüş və triler janrında çəkilmiş "Qiyamət gecəsi 3 " filminin ssenari müəllifi və rejissoru Ceyms De Monakodu. Sloqanı: "İldə bir dəfə bütün cinayətlər qanunidir " Yaş həddi:18+

Qiyamət gecəsinin beynəlxalq trendə çevrildiyi ideal gələcəyə xoş gəlmisiz. Dünyanın hər tərəfindən olan turistlər Amerika aeroportuna axışırlar: ancaq ildə bir dəfə burada hər şeyə icazə verilir. Amma səhərə sağ çıxmaq şərtilə...

Rollarda Frenk Qrillo, Elizabet Mitçell, Maykelti Uilyamson, Cozef Culian Soriya, Betti Qebriel, Terri Serpiko, Edvin Hoc, Kayl Sikor, Berri Nolan, Liza Kolon-Zay və digər aktyorlar çəkiliblər.

"Buni ayıları: sirkin sirri " animasiya filminin rejissoru Dinq Lianqdır. Yaş həddi: 6+

Şöhrət sadiq dostları əvəz edə bilərmi? Görünür ki, yaxın dostlarsız çətindir. Həmdə gözəl həyatın qaranlıq və qorxulu sirlərlə dolu tərəflərini ancaq dostlarla aşa bilərsən....

Bu xoşbəxt nağıl bütün ağır sınaqlardan bir yerdə çıxan dosltlar haqqındadır...

Baş rollarda Van Danqing, Çen Guang, Ma Haolun, Yutian Meng, Xiao Tan, Çjan Vey, Sun Xiaodong, Xin Yuan, Binqjun Zang çəkiliblər.

Bütün xəbərlər Facebook səhifəmizdə