Mədəniyyət və turizm nazirinin müvafiq əmrinin icrası ilə əlaqədar Azərbaycanın maddi və qeyri-maddi mədəni irsinin yerlərdə qorunması, təbliği, bərpası və inkişaf etdirilməsi məqsədilə Respublika Mədəniyyət Müəssisələri İşçilərinin Hazırlıq və İxtisasartırma Mərkəzində 19-23 iyul 2016-cı il tarixində Xaçmaz regional mərkəz olmaqla Quba, Qusar, Siyəzən, Xızı, Şabran rayonlarını əhatə edən abidə mühafizəçiləri üçün "Tarixi abidələr bugün və sabah: mühafizə problemləri" mövzusunda səyyar seminar-treninqə bugün saat 1100 start verilib. SİA-nın verdiyi xəbərə görə, səyyar seminar-treninq Mərkəzin direktoru fəlsəfə doktoru Ramazan Şabanov tərəfindən açıq elan edilib. Açılışda Xaçmaz rayon Mədəniyyət Və Turizm şöbəsinin müdiri Nazim Ağayev də iştirak edib.
Seminar-treninqdə əhatə olunan rayonlar üzrə 28 nəfər abidə mühafizəçisi iştirak edir. Treninqi əhatə edən mövzular Mədəniyyət haqqında Azərbaycan Respublikası Qanunundan irəli gələn məsələləri əhatə edir, yerlərdə maddi və qeyri-maddi mədəni irsin qorunması və bərpası, turizmin inkişafı məsələlərinə həsr olunub. Treninqə Mərkəzin bir qrup əməkdaşları, mütəxəssis olaraq isə Mərkəzin müəllimi Arif Əliyev, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin "Azərbərpa" Elmi Tədqiqat Layihə İnstitutunun baş mühəndisi Cahid Qədirli, Azərbaycan Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun əməkdaşı İdris Əliyev, Qobustan Dövlət Tarixi-Bədii qoruğunun baş mühafizi Fikrət Abdullayev, Şirvanşahlar Saray Kompleksinin direktor müavini Səadət Mirzəyeva və digər mütəxəssis müəllimlər də cəlb olunub. Treninq 23 iyul tarixinə qədər davam edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB