Son dövrlər respublikamızın iqtisadiyyatında qeyri-neft sektorunun inkişafına əlverişli şərait yaradılmış və turizm iqtisadiyyatımızın prioritet sahələrindən birinə çevirib. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin turizm siyasətinin əsas istiqamətlərdən biri də xidmət keyfiyyətinin yaxşılaşdırılması çərçivəsində peşə hazırlığının artırılması məqsədilə turizm xidməti sahəsində çalışan şəxslər üçün xüsusi kurslar, seminarlar və digər tədbirlərin keçirilməsidir.
Bununla əlaqədar, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi ilə birgə əməkdaşlığı çərçivəsində 2004-cü ildən başlayaq respublikamızın turizm potensiallı şəhər və rayonlarında fəaliyyət göstərən mehmanxana və mehmanxana tipli obyektlərdə çalışanlar üçün təlim-tədris kursları təşkil olunur.
Təlim kursları əsasən 4 istiqamət üzrə "Mehmanxana idarəçiliyi", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" sahəhələrini əhatə edir. Bu kursları müvəffəqiyyətlə bitirmiş mehmanxana sənayesi nümayəndələrinə sonda müvafiq sertifikatlar təqdim edilir. Bu günə kimi 2067 nəfər bu sertifikatlara layiq görülüb.
Qeyd edək ki, may ayında Gəncədə, Lənkəranda belə kurslar keçirilib. Gəncə şəhərində keçirilən kurslarda Gəncə ilə yanaşı, Mingəçevir, Naftalan şəhərləri, Şəmkir və Göygöl rayonlarında fəaliyyət göstərən mehmanxanaların nümayəndələri (90 nəfər), Lənkəran şəhərində təşkil olunan kurslarda isə Lənkəranla yanaşı, Astara, Lerik, Masallı, Yardımlı rayonlarında fəaliyyət göstərən mehmanxanaların nümayəndələri (104 nəfər) iştirak edib.
Təlim kurslarının turizm sahəsində xidmət səviyyəsinin inkişafına göstərdiyi müsbət təsirini nəzərə alaraq, Mədəniyyət və Turizm Nazirliyi tərəfindən gələcəkdə bu işlərin davam etdirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB