Metronun Gənclik stansiyasında sərgi olacaq

Metronun Gənclik stansiyasında sərgi olacaq

Metronun Gənclik stansiyasında Azərbaycan filmlərinə həsr olunmuş sərgi açılacaq. SİA-nın verdiyi xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin və Dövlət Film Fondunun təşkilatçılığı ilə reallaşacaq sərgi "Metro Galery" layihəsi çərçivəsində baş tutacaq. İyulun 15-də olacaq sərgidə köhnə Azərbaycan filmlərindən kadrlar və çəkiliş prosesindən kadrarxası fotolar nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə