Bu gün Dünya Gənc Türk Yazarlar Birliyinin (DGTYB) Azərbaycan Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi "Türk dünyası gənc yazarlarının əsərlərindən ibarət almanaxın nəşri və Bakı toplantısının keçirilməsi" adlı beş aylıq layihə çərçivəsində tədbirlərə start verilib.
SİA-nın məlumatına görə, iyulun 13-dək keçiriləcək silsilə tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək.
Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda III Bakı toplantısının açılış mərasimi keçirilib. Tədbirdə Dünya Gənc Türk Yazarları Birliyinin sədri Əkbər Qoşalı, millət vəkili Musa Quliyev, qonaq yazarlar və KİV nümayəndələri iştirak edib.
Əvvəlcə Türk dünyası gənc yazarları Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anarla görüşüb və söhbətləşiblər.
Qonaq yazarlar öz ölkələrindəki ədəbi vəziyyət, ədəbi işbirliyi imkanları haqqında ətraflı məlumat veriblər.
Sonra tədbir AYB-nin akt zalında davam etdirilib.
Dünya Gənc Türk Yazarları Birliyinin sədri Əkbər Qoşalı bidlirib ki, layihə çərçivəsində iyulun 10-dan 14-dək Bakıda silsilə tədbirlər keçiriləcək: "Tədbirlərdə Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Başqırdıstandan, habelə Təbriz, Şəki, Gəncə və Şəmkirdən, eləcə də, Naxçıvan Muxtar Respublikasından gənc yazarlar paytaxtımızda fəaliyyət göstərən ədəbi qurumların nümayəndələri, yeni nəsil yazarları iştirak edəcək".
Millət vəkili Musa Quliyev isə qonaqları təbrik edərək onlara yaradıcılıq uğurları arzulayıb və özünün kitablarını gənc yazarlara təqdim edib.
Qeyd edək ki, iyulun 12-də Yunus Əmrə İnstitutu Bakı Mədəniyyət Mərkəzində ədəbi müzakirələr, iyulun 13-də isə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında türk dünyası gənc şairlərinin şeir axşamı keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB