Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Muzey Mərkəzində Rusiyada yaşayan azərbaycanlı rəssam Bayram Salamovun fərdi yaradıcılıq sərgisi keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, sərginin açılış mərasimi 5 iyul saat 17:30-da olacaq.
Bayram Salamov 1989-cu ildə Bakıda keçirilən "Novruz-89" sərgisində iştirak etməklə əsərlərini nümayiş etdirməyə başlayıb. 1990-cı ildən Rusiyanın Tolyatti şəhərində yaşayır. B.Salamov 1994-cü ildən müntəzəm olaraq öz fərdi sərgilərini keçirir. Onun yaradıcılığı çoxşaxəli, əsərlərinin mövzuları isə müxtəlifdir. İşlədiyi istənilən janrda (mənzərə, natürmort, süjetli kompozisiya, portret) özünəməxsus tərzi həmişə özünü göstərir. Bayram Salamov Rusiya Federasiyasının hüdudları xaricində Samara vilayətini təmsil edib. 2002-ci ildə Çexiyada və Kiprdə sərgiləri keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB