Ölkə Prezidenti tərəfindən 2016-cı ilin "Multikulturalizm ili" elan edilməsi çərçivəsində 24 iyun 2016-cı il tarixində Xaçmaz şəhərində Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi, Xaçmaz rayon İcra Hakimiyyəti və Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə sözləri Prezident İlham Əliyevə məxsus olan "Multikulturalizmin alternativi yox" şüarı altında "Multikultural dəyərləri yaşadaq" adlı Beynəlxalq festival keçiriləcək. SİA-nın verdiyi xəbərə görə, tədbirin məqsədi Azərbaycanda tarixən multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir.
Ənənəvi xarakter daşıyacağı "Multikultural dəyərləri yaşadaq" adlı Beynəlxalq festival Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin, Xaçmaz rayon İcra Hakimiyyəti başçısı Şəmsəddin Xanbabayevin, Xaçmaz rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Nazim Ağayevin, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin, Azərbaycanda akkreditə olunmuş səfirliklərin nümayəndələrinin, xarici qonaqların və KİV-lərin iştirakı ilə saat 11-00 da Heydər Əliyev Mərkəzininin qarşısında ucaldılan abidə önünə gül və əklilin qoyulması ilə başlanacaq, rayon tarix-diyarşünaslıq muzeyində, Mədəniyyət və istirahət parkında və Xalça muzeyində davam edəcək.
Festival zamanı "Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu"nun üzvləri və Yeni Azərbaycan Partiyasının Gənclər Şurası nümayəndələrinin birgə iştirakı ilə "Multikulturalizmin alternativi yox" adlı elmi-praktiki konfrans və KİV-lər üçün brifing, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəz ilə Belarus Respublikası Xalq sənətləri və mədəni maarifləndirmə işləri üzrə metodiki mərkəz arasında memorandum imzalanma mərasimi, habelə İstanbul Böyük şəhər Bələdiyyəsinin mədəniyyət dərnəyi ilə Xaçmaz rayon Mədəniyyət Mərkəzi arasında Əməkdaşlıq Memorandumunun imzalanması nəzərdə tutulur.
Belə ki, bir gün ərzində keçiriləcək festival çərçivəsində multikultural dəyərləri tərənnüm edən 5 müxtəlif səpkili tədbirlər təşkil olunacaqdır. Ölkəmizdə yaşayan milli azlıqların folklor musiqisindən ibarət "Bizim vətənimiz Azərbaycandır" konsert proqramı, milli idman növlərinin nümayişi - zorxana, güləşçilər, pəhlivanlar, kəndirbazlar və s., ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətini tərənnüm edən tətbiqi sənət əsərləri, kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq sənətinin və digər sənət əsərlərinin nümunələrindən ibarət sərgi, uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə yerli və xarici ölkələrin bəstəkarlarına məxsus klassik musiqidən ibarət konsert, "Azərbaycan – dünya multikulturalizminin ünvanlarından biridir" adlı rəsm sərgisinin təşkili nəzərdə tutulub.
Ümumilikdə festivalda 37 rayondan 400 nəfərə yaxın qonaqların iştirakı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB