Tofiq Quliyev adına musiqi məktəbinin hesabat konserti olub FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin T.Quliyev adına 12 nömrəli onbirillik musiqi məktəbinin istedadlı şagirdləri Beynəlxalq Muğam Mərkəzində hesabat konserti təqdim ediblər. SİA-nın verdiyi xəbərə görə, idarənin rəisi Vüqar Zeynalov və məktəbin direktoru Gülnarə Səfərova çıxış edərək, şagirdləri tədris ilinin bitməsi münasibətilə təbrik edib, yaradıcılıqlarında yeni uğurlar arzulayıblar.
Konsertdə məktəbin xor kollektivi R.Hacıyevin "Yaz gəldi" əsərini səsləndirib. Həmçinin beynəlxalq və respublika müsabiqələrinin laureatları, skripkaçılar ansamblı və başqalarının ifasında görkəmli bəstəkarların əsərləri ilə yanaşı, muğam və xalq mahnıları ifa ediblər.
Tədbirdə Baş İdarənin xüsusi diplomları şagirdlərə təqdim edilib.
Sonda məktəbin xor kollektivi M.Maqomayevin "Azərbaycan" mahnısını səsləndirib.








Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB