Teatrda "Multikulturalizm ili"nə həsr olunan tamaşa hazırlanır

Teatrda "Multikulturalizm ili"nə həsr olunan tamaşa hazırlanır

C.Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrında gənc rejissor Nicat Qərib yeni layihə əsasında tamaşa hazırlayır. Teatrdan SİA-ya verilən xəbərə görə, Azərbaycan, rus və yəhudi xalqlarına məxsus tanınmış dramaturqların əsərləri əsasında hazırlanan tamaşa "Multikulturalizm ili"nə həsr edilib. Artıq əsərlər müəyyənləşdirilib. Belə ki, yeni tamaşada Çexovun "Ayı", Elçinin "O da aşiq ola", İsrail dramaturqu Yosef Bar-Yosefin "Qəliz adamlar" əsərlərindən istifadə olunacaq.

Səhnə əsərində hər üç xalqa məxsus adət-ənənələr, folklor, mədəniyyət nümunələri nümayiş olunacaq.

Qeyd edək ki, teatr mövsümü yeni layihə əsasında hazırlanacaq xalqların dostluğunu tərənnüm edən bu tamaşa ilə yekunlaşdırmaq niyyətindədir.

Bütün xəbərlər Facebook səhifəmizdə