Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin 11 nömrəli 11 illik musiqi məktəbi M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında hesabat konserti təqdim edib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Elm, təhsil və gənclərlə iş şöbəsinin müdiri Yaşar Əliyev, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak ediblər.
Konsertdə istedadlı şagirdlərin ifasında Ü.Hacıbəylinin "Koroğlu" operasından uvertyura və "Arşın mal alan" operettasından Əskərin ariyası, xalq mahnısı "Sarı gəlin", "Qarabağ şikəstəsi", S.Ələsgərov "Şalaxov", V.Adıgözəlov "Skertso", J.Bize "Karmen", C.Rossini "Oğru sağsağan" kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri və xalq musiqiləri səsləndirilib.
Konsert məktəbin xor kollektivinin ifasında T.Quliyevin "Sevgi valsı", R.Lagidzenin "Bahar" və R.Məmmədovun "Heydər Dühalı" mahnıları ilə tamamlanıb.
Sonda məktəbin direktoru Rövşən Məmmədov çıxış edərək, konsertdə iştirak edən bütün qonaqlara öz təşəkkürünü bildirib.
![]()
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB