"Bölgələrdən paytaxta"nın növbəti ünvanı LƏNKƏRAN

"Bölgələrdən paytaxta"nın növbəti ünvanı LƏNKƏRAN

Mədəniyyət və Turizm Nazirliyinin "Bölgələrdən paytaxta" layihəsi üzrə ölkəmizin regionlarının təqdimatı davam edir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, layihənin növbəti təqdimat ünvanı Lənkəran rayonudur.

Tədbir Lənkəran Rayon İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi və Lənkəran Rayon Mədəniyyət və Turizm Şöbəsinin təşkilatçılığı ilə keçiriləcək.

Teatrın foyesində bölgənin tarixi və mədəniyyəti, adət-ənənələri, xalq sənətkarlığı, mətbəxi, sosial-iqtisadi inkişafı və turizm imkanlarını əks etdirən sərgi təşkil olunacaq.

Mərasimdə Lənkəranın bədii kollektivlərinin və incəsənət ustalarının iştirakı ilə konsert proqramı təqdim ediləcək.

Qeyd edək ki, "Bölgələrdən paytaxta" layihəsi çərçivəsində 2015-ci ildə Masallı, Qəbələ, Quba, Şəki, Gədəbəy, İsmayıllı, Şəmkir, Xaçmaz, Zaqatala rayonlarının, 2016-cı ildə isə Abşeron, Şuşa və Qusar rayonlarının Bakı şəhərində təqdimatı keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə