Hüseyn Əliyevin “Mənzərələr” adlı fərdi sərgisi açılıb FOTOLAR

Hüseyn Əliyevin “Mənzərələr” adlı fərdi sərgisi açılıb FOTOLAR

Müasir İncəsənət Muzeyində Rəssamlar İttifaqının üzvü, xalq rəssamı Hüseyn Əliyevin "Mənzərələr" adlı fərdi sərgisi açılıb. SİA-nın verdiyi xəbərə görə, sərginin açılış mərasimində mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, incəsənət xadimləri və sənətsevərlər iştirak edib.

Tədbirdə Azərbaycan Memarlar İttifaqının sədri, xalq rəssamı Elbəy Qasımzadə Hüseyn Əliyevin həyat və yaradıcılığı haqqında danışıb. Qeyd edilib ki, Hüseyn Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalının Comərdli kəndində anadan olub, 12 yaşında ilk təbiət mənzərəsini çəkib. 1927-1932-ci illərdə Bakıda Rəssamlıq Texnikumunda təhsil alıb.

Xalq rəssamı 1922-1931-ci illərdə "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq edib, jurnalın səhifələrində bir sıra karikaturaları çap olunub. 1932-1935-ci illərdə Leninqrad Boyakarlıq, Memarlıq və Heykəltəraşlıq İnstitutunda təhsilini davam etdirib. O, "Kommunist" qəzetində (indiki "Xalq qəzeti") 50 il əsas rəssam kimi fəaliyyət göstərib.

Həmçinin bildirilib ki, rəssamın təbiət gözəlliklərini əks etdirən əsərləri monumentallığı və qeyri-adi koloriti ilə seçilir, onun Vətənə böyük sevgisindən xəbər verir. Milli incəsənət tarixində öz yeri olan Hüseyn Əliyevin əsərləri xaricdə də tanınır, sevilir və yüksək qiymətləndirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə