ATMU-nun jurnalının xüsusi buraxılışı nəşr olunub

ATMU-nun jurnalının xüsusi buraxılışı nəşr olunub

Azərbaycan Turizm və Menecment Universitetinin (ATMU) əsas elmi nəşri olan "Turizm və qonaqpərvərlik tədqiqatları jurnalı"nın əlavəsi olan "Xüsusi buraxılış"ı nəşr olunub. Universitetin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, hər il olduğu kimi bu il də jurnalın əlavəsi magistr tədqiqatlarının nəticələrinin yayılması üçün nəzərdə tutulub. Jurnala alternativ turizm və onun inkişafı yolları, turizmin inkişafında reklamın rolu, turizmdə marketinq tədqiqat metodlarının tətbiqi, Azərbaycanın tarixi-mədəni turizm ehtiyatları, tarixi-mədəni abidələrin turizmin inkişafına təsiri, tarixi-mədəni abidələrə ekskursiyaların təşkili, Azərbaycanda dağ-xizək turizminin genişləndirilməsi, dağ-xizək turizminin digər turizm növləri ilə əlaqəli tətbiqi, turizmin inkişafında dövlət siyasətinin həyata keçirilməsi və dövlət proqramlarının hazırlanması, ölkədə biznes turizminin inkişaf istiqamətləri, ayrı-ayrı regionların turizm cəlbediciliyi, beynəlxalq turizmin inkişaf xüsusiyyətləri və xarici ölkələrdə inkişaf etmiş turizm növlərinin Azərbaycana tətbiqi formalarına həsr olunan 30 məqalə daxil edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə