Teatr kollektivi əsgərlərlə görüşüb FOTOLAR

Teatr kollektivi əsgərlərlə görüşüb FOTOLAR

Füzuli Dövlət Dram Teatrının kollektivi Beyləqan və Füzuli rayonunda yerləşən "N" saylı hərbi hissələrdə, Füzuli rayonu istiqamətində aprelin 2-də gedən döyüşlərdə mənfur düşməndən azad edilən Lələtəpə strateji yüksəkliyində əskərlərlə görüşüb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, görüş zamanı təqdim olunan tamaşa və konsert proqramları zabit və əsgərlərdə ruh yüksəkliyi yaradıb.

Sonda teatr kollektivinin üzvləri mütəmadi olaraq hərbi hissələrdə şəxsi heyətin qarşısında vətənpərvər və əyləncəli musiqi proqramı ilə çıxış etdiklərinə görə, hərbi hissə rəhbərliyi tərəfindən fəxri fərmanlarla təltif olunublar.

Bütün xəbərlər Facebook səhifəmizdə