Filarmoniyada Respublika Günü ilə bağlı konsert keçirilib FOTOLAR
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin L. və M.Rostropoviçlər adına 21 nömrəli 11 illik musiqi məktəbinin şagirdləri Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında 28 may-Respublika Gününə həsr olunmuş hesabat konserti keçirib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, konsertdə istedadlı şagirdlərin ifasında M.Mirzəyev, H.Xanməmmədov, Niyazi, H.Rzayev, A.Prior, A.Lara, E.Lalo, F.Doppler kimi Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib.
Tədbirdə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin rəisi Vüqar Zeynalov, Mədəniyyət və Turizm Nazirliyinin Təhsil və gənclərlə iş sektorunun müdiri Lalə Kərimova, Bakı uşaq musiqi və incəsənət məktəblərinin direktorları və başqaları iştirak edib.
Konsertdə Respublika və Beynəlxalq müsabiqələr laureatları olan şagirdlər öz bacarıqlarını müxtəlif musiqi alətlərində uğurla nümayiş etdiriblər.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB