Nazir qalibləri təltif edib

Beynəlxalq Muğam Mərkəzində Habil Əliyev adına kamança müsabiqəsinin qaliblərinin qala konserti keçirilib.

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət və Turizm Nazirliynin təşkil etdiyi "Habil Əliyev adına 1-ci respublika kamança müsabiqəsi" nin bağlanış mərasimi keçirilib. SİA-nın verdiyi xəbərə görə, müsabiqə iki mərhələdən və üç yaş kateqoriyasından ibarət idi. Müsabiqəyə150-dən çox iştirakçı qatılıb.

Müsabiqənin birinci turu Bakı, Sumqayıt, Mingəçevir, Şirvan, Goranboy və Ağdam şəhərlərində keçirilib. İkinci tura 53 şagird və tələbə uğurlu ifaları ilə keçmək hüququ qazanıb. Yarışda yalnız 11-i müsabiqənin qalibi seçilib.

Müsabiqınin münsifləri - əməkdar incəsənət xadimi Arif Əsədullayev, professor Abbasqulu Nəcəfzadə, Xırdalan şəhəri musiqi məktəbinin direktoru İkram Manafov olub.

Qeyd edək ki, qalibləri Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev təltif edib.

Bütün xəbərlər Facebook səhifəmizdə