MEMM Astarada maarifləndirici seminar keçirib FOTOLAR

MEMM Astarada maarifləndirici seminar keçirib FOTOLAR

Astarada Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin təsdiq olunmuş iş planına uyğun olaraq İKT-nin regionlarda inkişafı ilə bağlı növbəti səyyar seminar keçirilib. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tədbirdə Astara Mədəniyyət və Turizm şöbəsinin müdiri Şadoğlan Bayramov Metodiki Mərkəzin rəhbərliyinin Astara rayonunda səyyar seminarın keçirilməsi təşəbbüsünü yüksək qiymətləndirib və rayonda mövcud olan mədəniyyət müəssisələri, kompüter təchizatı və onların tətbiqi səviyyəsi haqqında ümumi məlumat verib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin İnnovasiyalar və yeni texnologiyaların tətbiqi şöbəsinin sektor müdiri Toğrul Hidayətzadə Mərkəzin rəsmi veb-saytını təqdim edərək, fəaliyyət göstərən şöbələri, sosial şəbəkələrdəki rəsmi səhifələrindən, 2016-cı il üçün müəyyən edilmiş prioritet hədəflər və keçirdiyi görüşlərdən danışıb. Bununla yanaşı, T.Hidayətzadə müəllifi olduğu "Mədəniyyət müəssisələrində İKT-nin tətbiqi üzrə ilkin biliklər" adlı metodiki vəsaitin təqdimatını keçirib.

Şöbənin metodisti Pərvanə Hüseynova müəllifi olduğu "Mədəniyyət müəssisələrində ictimaiyyətlə əlaqələr işinin təşkili üzrə ilkin biliklər" adlı metodiki tövsiyəsini təqdim edərək, ictimaiyyətlə əlaqələr, müsbət imicin formalaşdırılması üsulları və bu səpkidə digər məsələlərə toxunub.

Seminar çərçivəsində iştirakçıların İKT və PR sahəsində sualları cavablandırılıb və bu sahələrlə bağlı tövsiyyələr verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə