Gəncədə Azərbaycan və Türkiyənin Mədəniyyət və Turizm nazirliklərinin birgə əməkdaşlığı ilə turizm sektorunun və otelçilik xidmətlərinin inkişafı mövzusunda təlimlərə başlanılıb. Nazirlikdən SİA-ya verilən xəbərə görə, təlimlər Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə dəvət olunmuş turizm və otelçilik sahəsində təcrübəyə malik aparıcı mütəxəssislər tərəfindən keçiriləcək.
Mayın 24-dən 31-dək davam edəcək təlim-tədris kurslarında iştirak etmək üçün Gəncə, Şəmkir, Mingəçevir, Naftalan və Göygöl şəhərlərinin turizm və otelçilik sahəsində işləyən 100-dən artıq əməkdaşı qeydiyyatdan keçib.
İştirakçılar əvvəlcədən müəyyən edilmiş qaydalara görə, 4 qrupa ayrılıblar. Sonra təlimlər müvafiq bölmələrdə mütəxəssislər tərəfindən davam etdirilib.
Qeyd edək ki, təlim-tədris kurslarında əsasən, 4 sahə-"Mehmanxana idarəçiliyi", "Qeyd-qəbul", "Xadiməçilik" və "Masa xidməti" ixtisasları üzrə dərsləri təlimçilər tərəfindən tədris ediləcək.
Sonda iştirakçılara təlimlərdən uğurla keçmələrinə dair sertifikatlar veriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB