“Dəcəl çəpişlər” Masallıda

Azərbaycan Dövlət Musiqili Teatrının kollektivi "Multikulturalizm ili" çərçivəsində Masallıda çıxış edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Masallı Rayon Mədəniyyət Evində təqdim olunan "Dəcəl çəpişlər" adlı ikihissəli musiqili nağıl-tamaşa maraqla qarşılanıb.

Mikayıl Müşfiqin məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm" əsərinin motivləri əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir.

Səhnə əsərində rolları aktyorlar Güldanə Əzimova, Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Şaban Cəfərov, Əmrah Dadaşov, Fərid Rzayev, Elnarə Nağdəliyeva və Gülnarə Əzizova ifa ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə