Nazir müavini Belarus səfiri ilə görüşüb

Nazir müavini Belarus səfiri ilə görüşüb

Mədəniyyət və Turizm nazirinin müavini Sevda Məmmədəliyeva Belarus Respublikasının Azərbaycandakı səfiri cənab Gennadi Axramoviçi qəbul edib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, görüş zamanı mədəniyyət sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf istiqamətləri, həmçinin, birgə layihələrin həyata keçirilməsi imkanları barəsində fikir mübadiləsi aparılıb.

Sevda Məmmədəliyeva Azərbaycan ilə Belarus arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu bildirib.

25-27 aprel tarixində Bakıda keçirilmiş BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun yüksək səviyyədə təşkilinin və tədbirdə bir sıra dövlətlərin geniş tərkibli nümayəndə heyətləri ilə təmsil olunmasının Azərbaycanın beynəlxalq aləmdə artan nüfuzunun göstəricisi olduğu vurğulanıb.

Səfir Gennadi Axramoviç səmimi qəbula görə nazir müavininə təşəkkürünü bildirib, həmçinin, Belarus-Azərbaycan arasında mədəniyyət sahəsində əməkdaşlığın bundan sonra da inkişafına inamını ifadə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə