Rusiyanın "azj.rus4all.ru" xəbər portalında Azərbaycan haqqında məqalə yayımlanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, məqalədə Azərbaycanın hələ SSRİ dövründən termal suları və turist marşrutları ilə məşhur olduğu bildirilir.
"Şərqin Mirvarisi" adlandırılan Bakının müxtəlif zövqlərdə olan turistlər tərəfindən bəyəniləcəyi qeyd olunur.
Məqalədə əvvəllər Bakı ilə tanışlığın YUNESKO-nun Ümumdünya İrs Siyahısına daxil olan İçərişəhərdən başlandığı bildirilsə də, artıq bu gün turistlərin bu tanışlığa başladıqları yer Heydər Əliyev Mərkəzidir. Görkəmli memar Zaha Hadid tərəfindən tikilən Mərkəzin dünyanın ən yaxşı binalarından biri olduğu vurğulanır.
İçərişəhər Tarix Memarlıq Qoruğundan danışarkən burada dünya əhəmiyyətli 3 memarlıq abidəsinin-Qız Qalası, Məhəmməd Məscidi və Şirvanşahlar Sarayının adı çəkilir və daha 600-dən çox memarlıq abidəsinin olduğu bildirilir.
Yeni turistik yerlər arasında qeyri-adi və miniatür formasında 2900-dən çox kitabın toplandığı Miniatür Muzeyindən, Xalça Muzeyindən və Xalq Tətbiqi Sənəti Muzeyindən məlumat verilir.
Turistləri Azərbaycanda möhtəşəm karvansarayların və məscidlərin, qədim məbəd və qayaüstü rəsmlərlə dolu mağaraların, məşhur İpək Yolu ticarət marşrutunun, unikal dağ kəndlərinin gözlədiyi qeyd olunur.
Məqalənin sonunda Azərbaycanın Atəşgah, Qobustan, Şamaxı, Qəbələ, Şəki, Naftalan, həmçinin, Göygöl və Xəzər dənizi kimi ən məşhur turistik yerlər haqqında məlumat verilir.
Məqalə ilə aşağıdakı link vasitəsilə tanış olmaq mümkündür:
http://azj.rus4all.ru/exclusive/20160510/726623560.html
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB