Cəlilabadda Muzeylər Gününə həsr olunmuş tədbir keçirilib FOTOLAR
Cəlilabad rayon Heydər Əliyev Mərkəzində "18 may-Beynəlxalq Muzeylər Günü" münasibətilə "Muzeylər-Mədəniyyət landşafları. Muğan mədəniyyəti" mövzusunda tədbir keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, tədbirdə Cəlilabad rayon Mədəniyyət və Turizm şöbəsinin rəhbər heyəti, Mərkəzi kitabxananın direktoru, Tarix Diyarşünaslıq muzeyinin əməkdaşları iştirak ediblər.
Öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən muzeyi ekskursiya ediblər.
Tədbiri giriş sözü ilə Cəlilabad rayon Heydər Əliyev Mərkəzinin direktoru G.Aslanova açaraq, dünyada muzeylərin yaranma tarixindən, formalaşması və inkişafından danışıb. O həmçinin qeyd edib ki, Azərbaycanda ilk muzeylərin təşəkkül tapması XX əsrin 20-ci illərinə təsadüf edir. İlk muzey 1920-ci ildə Bakıda, ilk memorial muzey isə 1938-ci ildə Şəkidə yaradılıb.
Tədbirdə araşdırmaçı, tarix müəllimləri-Ələsgər Mirzəzadə, Rza Rzayev və Bilal Hüseynov "Muğan Mədəniyyəti" mövzusunda maraqlı, zəngin faktlarla çıxış ediblər.
Sonda Muğan mədəniyyətindən bəhs edən izahlı video-çarx nümayiş olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB