“Şah Qacar” yenidən səhnədə

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dövlət sifarişi ilə hazırlanan "Şah Qacar" tamaşası yenidən nümayiş olunub. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tamaşa əməkdar incəsənət xadimi Əli Əmirlinin "Bütün deyilənlərə rəğmən və ya Ağa Məhəmməd şah Qacar" pyesi əsasında səhnələşdirilib. Xalq artisti, teatrın direktoru Azərpaşa Nemətin hazırladığı ikihissəli faciənin elmi məsləhətçisi Çingiz Qacardır.

Səhnə əsərinin musiqi tərtibatı xalq artisti Siyavuş Kəriminindir.

Tamaşada rolları xalq artistləri Fuad Poladov, Laləzar Mustafayeva, əməkdar artistlər Sabir Məmmədov, Məmməd Səfa, Anar Heybətov, Vidadi Həsənov, Mətləb Abdullayev, Kazım Abdullayev, Ayşad Məmmədov və başqaları canlandırıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə