Musiqili Teatrda “Brodvey” gecəsi yaşandı FOTOLAR

Musiqili Teatrda “Brodvey” gecəsi yaşandı FOTOLAR

Azərbaycan Dövlət Musiqili Teatrı ölkəmizdə keçirilən Amerika günləri çərçivəsində Amerika Birləşmiş Ştatlarının (ABŞ) məşhur "Company-E" şirkəti ilə ortaq layihə kimi "Brodvey" şou-proqramının Azərbaycan versiyasını təqdim edib. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi və ABŞ-ın ölkəmizdəki səfirliyinin təşkilati dəstəyi ilə baş tutub.

Tədbirdə Mədəniyyət və Turizm Nazirliyinin rəsmi şəxsləri, ABŞ-ın ölkəmizdəki səfirliyinin əməkdaşları, ictimai-siyasi xadimlər və tanınmış sənət adamları iştirak ediblər.

Proqramda "Company-E" şirkətinin əməkdaşları - Pol Qordon Emerson (prodüser), Amikaelya Qaston (prodüser, aparıcı ifaçı və vokalist, xor və vokal üzrə direktor), Qavin Stevart (rəqqas, ifaçı və dirijor, məşğələlər üzrə direktor), Vanessa Oven (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Abi Lishart (rəqqas və ifaçı, məşğələlər üzrə direktor), Tami Hol (musiqi qrupu rəhbəri və dirijor), Robert Priori (xoreoqraf, rəqqas), Kyoko Ruş (rəqqas) və Diana Amalfitano (rəqqas) ilə yanaşı, Azərbaycan Dövlət Musiqili Teatrının çoxsaylı kollektivi – xor, balet truppası, orkestr və aktyor heyəti də iştirak edib.

Qeyd edək ki, ABŞ-ın "Company-E" musiqi şirkəti 2011-ci ildən dünyanın bir çox ölkələrində müxtəlif mədəni layihələrlə çıxış edir.

Bütün xəbərlər Facebook səhifəmizdə