Kann Film Festivalında iştirak edən Azərbaycan nümayəndə heyəti ilə Qırğızıstan kinematoqrafçıları görüşüblər. "Azərbaycanfilm" kinostudiyasından SİA-ya verilən xəbərə görə, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə təşkil olunan Azərbaycan kino pavilyonunda öncədən razılaşdırılan cədvəl əsasında görüşlər keçirilir.
Qırğızıstan kinematoqrafçıları ilə görüş zamanı tanınmış kino xadimi Ernest Abdicaparov yeni tarixi kino layihəsi haqqında məlumat verib.
Türkdilli dövlətlərin birgə işi kimi nəzərdə tutulan həmin layihədə Azərbaycanın iştirak imkanları müzakirə olunub.
Qeyd edək ki, bu il dünyanın ən nüfuzlu kino tədbirində Azərbaycan kinosunu Mədəniyyət və Turizm Nazirliyinin və Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasının nümayəndələri, eləcə də rejissor və prodüser İlqar Nəcəf, ssenarist və rejissor Asif Rüstəmov təmsil edir.
"Azərbaycanfilm" kinostudiyası bu il Kann kino bazarına "Qırmızı bağ", "İçəri şəhər", "Yarımçıq xatirələr", "4.1 Şəhər motivləri", "Keçmişdən məktublar", "Həddən artıq uyğunluq" və "Xeyirlə Şərin rəqsi" bədii filmlərini təqdim edib. Azərbaycan filmləri dünyanın yüzə qədər ölkəsindən gələn distribyutor şirkətlərinin diqqətinə çatdırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB