Krallığın nümayəndələri Milli Kitabxanada olublar FOTOLAR

Krallığın nümayəndələri Milli Kitabxanada olublar FOTOLAR

İordaniya Haşimilər Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Nassar Al-Habaşneh və konsul Saad Gharal Milli Kitabxanada olublar. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, qonaqları Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov qəbul edib.

O, kitabxana haqqında qısa məlumat verdikdən sonra iki ölkənin milli kitabxanaları arasında əlaqələrdən, kitab mübadiləsindən danışıb. Səfir K.Tahirovun fikrinə dəstək olaraq, bu əlaqələrin daha da möhkəmlənəcəyinə, genişlənəcəyinə, gələcəkdə qarşılıqlı təcrübə müdabiləsinin aparılacağına ümidvar olduğunu bildirib.

Milli Kitabxanada tətbiq olunun yeni iş növləri, avtomatlaşdırma prosesləri ilə maraqlanan qonaqların diqqətini daha çox nadir kitablar, kitabxananın muzeyi, sərgi zalında təşkil olunan sərgi və guşələr daha çox cəlb edib.

Cənab səfir Xatirə kitabına öz ürək sözlərini yazıb.

Sonda qonaqlara "Azərbaycan Milli Kitabxanası. Fotoalbom", "Azərbaycan" (ərəb dilində) kitabları və mədəniyyət obyektlərini özündə əks etdirən xəritə hədiyyə edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə