Məlumat verdiyimiz kimi, Bakı Uşaq Teatrı hər ayın bir gününü "Milli geyim" günü kimi qeyd edir. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, "Canlı abidələr" adlı yeni layihə çərçivəsində kollektiv üzvləri ayda bir gün - xüsusilə əlamətdar günlərdə milli geyimlərimizdə paytaxtın müxtəlif yerlərini, tarixi və mədəni abidələri ziyarət edirlər.
Layihnin keçirilmə məqsədi mədəni irsimizin bir parçası olan milli geyimlərimizi təbliğ etmək və yaşatmaqdır. Çünki milli geyimlərimiz də tarixi abidələrimiz qədər əhəmiyyətlidir. Bu geyimlər gənc nəslin zövqünün formalaşmasında, dünyagörüşünün inkişafında böyük rola malik ola bilər.
Kollektivin növbəti layihəsi mayın 16-da Xaçmaz şəhərində gerçəkləşəcək. Belə ki, öncə RTV televiziyasında canlı yayımda iştirakı gözlənilən teatr kollektivi daha sonra müəyyən olunmuş marşrut üzrə hərəkət edəcək. Bu ilin multikulturalizm ili olduğunu nəzərə alaraq, ləzgi xalqlarının nümayəndələrinin də öz milli geyimlərində tədbirdə iştirakı gözlənilir.
Qeyd edək ki, layihə çərçivəsində ilk tədbir aprelin 18-də Bakı şəhərində baş tutmuşdur. Teatrın kollektivi milli geyimləri geyinərək Şəhidlər Xiyabanından İçərişəhərə qədər yürüş etmişdir. Həmin gün və növbəti gün tədbir televiziyalarda işıqlandırılmışdır.
.jpg)


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB