Teatr qastrola hazırlaşır

Azərbaycan Dövlət Opera və Balet Teatrının bir qrup əməkdaşı Qırğızıstana qastrol səfərinə dəvət alıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, gənc dirijor, beynəlxalq müsabiqələr laureatı Əyyub Quliyev və teatrın solistləri, əməkdar artistlər Fərid Əliyev və İlahə Əfəndiyeva oktyabrın 12-dən 16-dək Qırğızıstanın paytaxtı Bişkekdə qastrol səfərində olacaqlar.

Yaradıcı kollektiv oktyabrın 16-da T.Satılqanova adına Qırğızıstan Milli Filarmoniyasında keçiriləcək möhtəşəm qala konsertdə çıxış edəcək.

Türkdilli ölkələrdən və MDB-dən dəvət olunmuş ən yaxşı sənətçilərin iştirakı ilə baş tutacaq konsertdə həmyerlilərimiz klassik dünya bəstəkarları ilə yanaşı, həm də milli musiqi və vokal sənətimizdən nümunələr səsləndirəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə