Ölkə başçısı forumun təşkilində fərqlənmiş şəxsləri təltif etdi

Ölkə başçısı forumun təşkilində fərqlənmiş şəxsləri təltif etdi

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində fərqlənmiş şəxslərin təltif edilməsi haqqında Sərəncam imzalayıb.

SİA-ya Sərəncamı təqdim edir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun təşkilində səmərəli fəaliyyətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə

Eyvazzadə Vasif Rasif oğlu

"Tərəqqi" medalı ilə

Məlikov Cəlil Bəhram oğlu

Məmmədova Nuriyyə Lətif qızı

Şixəmmədov Vüqar Nurməmməd oğlu

"Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə

İbrahimova Xanım Məmməd qızı.

Bütün xəbərlər Facebook səhifəmizdə