Yuğ Teatrı İngiltərənin “Alloff” Teatrı ilə birgə layihə hazırlayır
Azərbaycan Dövlət "Yuğ" Teatrı İngiltərənin "Alloff" Teatrı ilə birgə maraqlı layihənin icrasına başlayıb. Teatrın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, layihə çərçivəsində ingiltərəli rejissor Metyu Zak Paneş H.İbsenin "Oyuncaq ev" pyesinin adaptasiya variantı əsasında eyniadlı tamaşa hazırlayır.
Hazırda məşqləri davam edən səhnə əsərində teatrın aktyorları-Natəvan Qeybani, Amid Qasımov, Könül Cəfərzadə, Elgün Həmidov və Oqtay Mehdiyev iştirak edəcək.
Qeyd edək ki, tamaşanın premyerasının mayın sonunda keçirilməsi nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB