Musiqili Teatr maraqlı tamaşalar təqdim edəcək

Musiqili Teatr maraqlı tamaşalar təqdim edəcək

Azərbaycan Dövlət Musiqili Teatrı may ayı üçün repertuar planını açıqlayıb. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ay ərzində tamaşaçıların böyük maraqla izlədiyi tamaşalar - "O olmasın, bu olsun" (Ü. Hacıbəyli), "Ər və arvad" (Ü. Hacıbəyli), "Baladadaşın toy hamamı" (Elçin), "Qızıl toy" (O. Kazimi, R. Heydər), "Mən dəyərəm min cavana" (F. Sücəddinov, T. Vəliyeva), "Amerikalı kürəkən" (R. Mirişli, M. Haqverdiyev), "Qısqanc ürəklər" (R. Mirişli, M. Haqverdiyev), "Talelər qovuşanda" (R. Hacıyev, E. Ocaqov, F. Zöhrabov) və başqa səhnə əsərləri təqdim ediləcək.

Habelə rusdilli və balaca tamaşaçılar üçün "Düyməcik" (H.K. Anderson), "Qızıl cücə" (V. Ulanovski, V. Orlov), "Yağış göbələyinin macərası" (R. Şəfəq, V. Zimin), "Qırmızıpapaq" (E. Sabitoğlu, Y. Şvarts), "Dəcəl çəpişlər" (O. Zülfüqarov, R. Heydər) və başqa səhnə əsərləri nümayiş olunacaq.

Tamaşalarda rolları xalq artistləri İlham Namiq Kamal, Fatma Mahmudova, Ramiz Məmmədov, əməkdar artistlər Səmayə Musayeva, Novruz Qartal, Nahidə Orucova, Ələkbər Əliyev, Almaz Ələsgərli, Boris Qrafkin, Emma Məlikova, Əzizağa Əzizov, Svetlana Bulax, Şövqi Hüseynov, Nərgiz Kərimova, Çingiz Əhmədov, Səidə Şərifəliyeva, Əkbər Əlizadə, aktyorlar Məhərrəm Qurbanov, Rəsmiyyə Nurməmmədova, Nadir Xasıyev, Möylə Mirzəliyev, Ağaxan Şərifov, Gülcahan Salamova, Gülnarə Abdullayeva, Emil Heydərov, Ülviyyə Əliyeva, Elçin İmanov, Yuliya Heydərova, Əliməmməd Novruzov, Gültac Əlili, Elxan İsmayılov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Hüseyn Əlili, Mehriban Zalıyeva, Ruslan Mürsəlov, Şaban Cəfərov, Gülnarə Əzimova, Nicat Həbibov, Əmrah Dadaşov, Elnarə Nağdəliyeva, Zarina Qurbanova, Fərid Rzayev, Rauf Babayev, Gülnarə Əzizova, Nigar Qarayeva, Firuz Məmmədov, Gülnarə Kərimbəyova, Elməddin Dadaşov, Aydan Həsənova və digər aktyorlar ifa edəcək.

Həmçinin, 14-15 may tarixlərində Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin təşkilati dəstəyi ilə Azərbaycan Dövlət Musiqili Teatrı və ABŞ-da fəaliyyət göstərən "Company-E" şirkətinin ortaq musiqi layihəsi kimi "Brodvey " konsert-proqramı təqdim olunacaq.

Qeyd edək ki, qiyməti 6 manatdan başlanan biletləri şəhərin bütün teatr-konsert kassalarından və "ASAN Xidmət" mərkəzlərindən əldə etmək olar.

Bütün xəbərlər Facebook səhifəmizdə