Bəstəkarlar İttifaqında Ulu Öndərin doğum günü qeyd olunacaq

Bəstəkarlar İttifaqında Ulu Öndərin doğum günü qeyd olunacaq

Azərbaycan Bəstəkarlar İttifaqı Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə mayın 6-dan 12-dək silsilə tədbirlər keçirəcək. İttifaqın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 6 may saat 12:00-da Azərbaycan Bəstəkarlar İttifaqının konfrans zalında "Azərbaycan bəstəkarlarının vətənpərvərlik mövzusunda əsərləri" mövzusunda elmi-konfrans təşkil olunacaq.

Həmçinin, 12 may saat 12.00-da Azərbaycan Bəstəkarlar İttifaqının Üzeyir Hacıbəyli adına konsert salonunda "Müasirlərlə dialoq" layihəsi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, görkəmli alim, əməkdar elm xadimi Akif Əlizadə ilə "Ölkəmizin intellektual potensialının inkişafında Heydər Əliyevin rolu" mövzusunda görüş olacaq.

Bununla yanaşı, Azərbaycan Bəstəkarlar İttifaqınının Üzeyir Hacıbəyli adına konsert salonunda ulu öndərin doğum günü münasibətilə vətənpərvərlik növzusunda bəstələnmiş yeni əsərlərdən ibarət konsert keçirilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə