"Həyatla oyun" adlı maarifləndirici tamaşa nümayiş olunacaq FOTOLAR
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 7 iyul 2011-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramının 6.6.1-ci bəndinin icrasının təmin edilməsi məqsədi ilə Gənclər və İdman Nazirliyinin, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının təşəbbüsü və dəstəyi ilə Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin şəbəkəsinə daxil olan Bakı Uşaq Teatrı tərəfindən "Həyatla oyun" tamaşası hazırlanıb. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, səhnə əsərinin əsas məqsədi bütün insanları bəşəriyyətin ən böyük problemlərindən biri olan narkomaniya, QİÇS-ə qarşı mübarizəyə çağırmaq və yeni metodlar vasitəsilə məlumatlandırmaqdır. Maarifləndirmə funksiyasını yerinə yetirən tamaşa gənclərdə narkomaniyanın doğurduğu faciələr, QİÇS və bir sıra başqa qorxunc xəstəliklərin yayılması yolları haqqında aydın təsəvvür yaradır.
Arzu Soltanın qələmə aldığı, İntiqam Soltanın quruluş verdiyi "Həyatla oyun" tamaşasında hadisələr real həyatdan götürülüb. Səhnə əsəri yeniyetmələr və böyüklər üçün nəzərdə tutulub.
Qeyd edək ki, tamaşa artıq Gənclər və İdman Nazirliyinin maliyyə dəstəyi ilə Azərbaycanın bütün bölgələrində, 20 ali və 10 orta ixtisas, Şuşa 1 saylı şəhər məktəbində və Zəngilan Mədəniyyət idarəsində nümayiş olunub. Bakı Uşaq Teatrı "Həyatla oyun" tamaşası ilə 2 may saat 14:00-da Oğuzda, 3 may saat 11:00-da Qaxda, 14:00-da Şəkidə, 4 may saat 12:00-da Balakəndə, 5 may saat 12:00-da isə Zaqatalada qastrol səfərində olacaq.





Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB