Almaniyanın İkinci Dünya Müharibəsi zamanı istifadə etdiyi əfsanəvi "Messerşmitt Bf (Me) 109-G6" hərbi təyyarəsi Türkiyənin "Hisart Canlı Tarix və Diorama" muzeyində nümayiş olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, müharibədə alman hava ordusunun ən güclü silahı kimi tanınan və tək başına 300-dən artıq hərbi təyyarəni məhv edən bu qurğudan dünyada yalnız 3 ədəddir.
"Canlı Tarix və Diorama" muzeyinin rəhbəri Nejat Çuhadaroğlunun sözlərinə görə, muzeydə bəşəriyyətin təxminən, min illik savaş tarixini əks etdirən silahlar, təyyarələr, hərbi geyimlər, döyüş sursatları yer alsa da, dünyada yalnız üç dəfə sərgilənən bu eksponata xüsusi maraq vardır.
Qeyd edək ki, "Canlı Tarix və Diorama" muzeyi iki il bundan öncə yaradılıb. Muzeydə qədim Bizans, Səlcuq İmperiyası, Osmanlı İmperiyası, Birinci Dünya Müharibəsi, İkinci Dünya Müharibəsi, Koreya savaşı, Vyetnam Müharibəsi və Körfəz savaşlarını canlandıran eksponatlar nümayiş olunur.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB