“Ya şəhid olmaq gərək ya intiqam almaq” FOTOLAR

Bu lozunqla 29 aprel 2016-cı il tarixində "Cahan İdman klubu" İctimai Birliyinin təşkilatçılığı, Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin və "Olimpiya dünyası" qəzetinin informasiya dəstəyi ilə 20 yanvar faciəli hadisələrində şəhid olan nakam şair Cavad Qəmlinin (Cavad Yunus oğlu İsmayılzadə) xatirəsinə həsr olunmuş gecə keçirilmişdir.

Qeyd edək ki, 9 may 1962-ci ildə anadan olan Cavad Qəmli ölməz Mikayıl Müşfiqin nəslindəndir (atası - Yunus Dağlı) və məşhur şair kimi 28 yaşında 20 yanvar gecəsinin şəhid olmuşdur.

Tədbiri ədəbiyyatşünas, dramaturq, Azərbaycan jurnalistlər birliyinin üzvü Firudin Qurbansoy aparmışdır.

Gecədə Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazilriyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzinin Təbliğat və statistik araşdarmalar şöbəsinin müdiri, C.Cabbarlı mükafatı laureatı, Mikayıl Müşfiq varisi Sənan Talıbov, sektor müdiri İrina Özçoban, "Cahan İdman klubu" İctimai Birliyinin sədri, idman ustası Elçin Eyvazov, sədr müavini Nizami Zeynalov, mədəniyyət və incəsənət şöbəsinin müdiri Nizami Əsgərov, İB üzvü sair Vüqar Qobulu, şəhidin qardaşı şair Vahab İsmayılzadə oğlu Müşfiq ilə, "Olimpiya dünyası" qəzetinin baş redaktor müavini Aslan Şirəliyev, jurnalist Azər Əlizadə, professor Rafiq Sadıqov, İncəsənət Universitetinin dosenti, sənətşünaslıq elmlərin fəlsəfə doktoru Məleykə Məmmədova, şair Etibar Dağlı və digərləri çıxış etmişlər.

Onlar C.Qəmlinin xatirəsini yad edib onun hayat, yaradıcılıq və qəhrəmanlığından söz acmışlar. Gecədə şairlərin və gənc musiqiçilərinin ifasında bir neçə poetik, musiqi kompozisiyaları və muğam səsləndirilib.

Mərasimin sonunda Sənan Talıbov çıxış edərək gecənin təşkilatçıları və qonaqlarına Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyevin və öz adından təşəkkürlərini bildirmişdir.

Qeyd etmək lazımdır ki, bu günlərdə "Cahan İdman klubu" İctimai Birliyinin sədri Elçin Eyvazovun anası dünyasını dəyişib. Ona başsağlığı verib Allahdan səbr diləyirik!

Bütün xəbərlər Facebook səhifəmizdə