Musiqiçilərimiz Fransada konsert verib

Azərbaycan musiqiçiləri Fransanın Lyon şəhərində konsert proqramı ilə çıxış ediblər. SİA-nın verdiyi xəbərə görə, məşhur ud ifaçısı Dhafer Youssefinin dəvətini qəbul edən həmyerlilərimiz "Musee des Confluences" zalında səhnəyə çıxıblar. İsfar Sarabski pianoda, Elnur Mikayılov kamançada, Şəhriyar İmanov isə tarda Dhafer Youssefinin kompozisiyalarından ibarət proqramla çıxış ediblər.

Qeyd edək ki, 1967-ci ildə anadan olan əslən tunisli Dhafer Youssef bəstəkar, müğənni və musiqiçidir. Hələ gənc yaşlarında cazla məşğul olmağa başlayan Dhafer 6 albomun müəllifidir. O, Uri Keyn, Con Hassel, Omar Sosa kimi dünyaca məşhur musiqiçilərlə birgə fəaliyyət göstərib.

Bütün xəbərlər Facebook səhifəmizdə