Əməkdar artistlə görüş keçirilib FOTOLAR

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin dəstəyi ilə H.Sarabski adına Mədəniyyət evi "Bizim Evin Qonaqları" rubrikası çərcivəsində əməkdar artist Aybəniz Haşımova ilə görüş keçirib. İdarənin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Ə.Bədəlbəyli adına 23 nömrəli musiqi məktəbində baş tutan görüşdə Aybəniz Haşımovanın "Vətəndən pay olmayır" musiqisi səsləndiriləndən sonra torpaqlarımızın azadlığı, müstəqilliyi uğrunda həlak olmuş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə H.Sarabski adına Mədəniyyət evinin direktoru Tərlan Akçay çıxış edərək, bütün qonaqları salamlayıb. O, görüşün sənətkarın yaradıcılığında xüsusi yer tutan vətənpərvərlik mövzusuna həsr olunduğunu bildirib.

Görüşdə həmçinin, əməkdar artist Firuzə İbadova və tanınmış müğənni Yaqut Babayeva da iştirak ediblər. Aybəniz Həşimova tamaşaçılar üçün "Xalq Ulduzu" müsabiqəsinin qalibi Vəli Səfərovla duetini təqdim edib. Konsert sənətkarın tələbələri Müşfiq Əliyev, Zülfü Əsədzadə, Oğuzxan və Həsənin ifaları ilə davam edib.

Tədbir əməkdar artistin "Sən elə bir zirvəsən" mahnısı ilə yekunlaşıb.

Bütün xəbərlər Facebook səhifəmizdə