Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası rejissor İlqar Nəcəfin lentə aldığı "Nar bağı" adlı tammetrajlı yeni bədii filmi üçün kastinq elan edir. Kinostudiyanın mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ekran əsərində rol almaq məqsədilə, 8-15 yaşlarında oğlan uşaqları kastinqə dəvət olunur.
Kastinq 5 may-5 iyun tarixləri arasında, həftə içi hər gün, saat 11:00-dan 16:00-dək "Azərbaycanfilm" kinostudiyasında keçiriləcək.
Əlaqə məlumatları:
Kastinq rejissoru: Çingiz Həsənov
Ünvan: Moskva pr. 1, AZ 1012 Bakı
Tel: +994 12 430 13 29, +994 12 430 87 84
Mob: +994 50 340 96 01
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB