T.Satılqanov adına Qırğızıstan Akademik Milli Filarmoniyasının Böyük zalında "Diva dell Opera" başlığı altında beynəlxalq opera layihəsi gerçəkləşib. SİA-nın verdiyi xəbərə görə, layihədə Rusiya, Qırğızıstan və Azərbaycanın tanınmış musiqiçiləri iştirak ediblər. Konsert Qırğızıstan Respublikasının Prezidentinin bilavasitə dəstəyi ilə keçirilib və 2016-cı ildə elan olunmuş "Mədəniyyət ili" üzrə Dövlət proqramına daxil edilib.
Layihə eyni zamanda, Qırğızıstan Mədəniyyət Nazirliyi, "Boobek" Beynəlxalq Fondu, T.Satılqanov adına Dövlət Filarmoniyası və A.Maldıbayev adına Akademik Milli Opera və Balet Teatrının təşkilati dəstəyi ilə baş tutub.
Konsertdə Rusiyanın Böyük Teatrının və "Noyava Opera" teatrının solisti, Rusiyanın nüfuzlu teatr mükafatı olan "Qızıl maska"nın qalibi və beynəlxalq müsabiqələr laureatı Aleksey Tatarintsev, Qırğızıstan Dövlət Filarmoniyasının solisti, beynəlxalq müsabiqələr laureatı Elnura Samarbekova və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, beynəlxalq müsabiqələr laureatı, Prezident mükafatçısı Əyyub Quliyev iştirak ediblər. A.Jumakmatov adına Qırğızıstan Dövlət Akademik Simfonik Orkestri, A.Maldıbayev adına Akademik Opera Teatrının xoru və azərbaycanlı dirijor Əyyub Quliyevin ifasında dünya klassik opera nümunələri - C.Verdi, C.Puççini, P.Maskanyi, A.Dvorjakın əsərləri ilə bərabər, L.Delib, F.Leqar, L.Arditi, M.Lara, A.Maldabasanov və görkəmli Azərbaycan bəstəkarı Qara Qarayevin müxtəlif səpkili əsərləri səslənib.
Qeyd edək ki, konsertdə Qırğızıstan Respublikası Prezidentinin Birinci xanımı Raisa Atambayeva və ölkənin tanınmış, nüfuzlu ictimai xadimləri, həmçinin, Azərbaycanın Qırğızıstanda Fövqəladə və Səlahiyyətli səfiri professor Hidayət Orucov və Azərbaycan diasporasının nümayəndələri iştirak ediblər.
.jpg)
.jpg)
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB