NGBM Nyu Yorkdakı görüşdə təmsil olundu

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi (NGBM) Nyu Yorkda keçirilən BMT Baş Assambleyasının Davamlı İnkişaf Məqsədlərinə nail olunması ilə bağlı yüksək səviyyəli görüşündə təmsil olunub. Diasporla İş üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, Mərkəz üzvləri görüşdə BMT Baş Assambleyası prezidentinin dəvəti ilə iştirak ediblər.

Assambleyanın prezidenti Mogens Luketoftun rəhbərliyi ilə keçən görüşdə iqlim dəyişikliyi problemləri, yoxsulluğun və bərabərsizliyin aradan qaldırılması, daha sülhsevər cəmiyyətin qurulması yolları müzakirə olunub.

Eyni zamanda YUNESKO-nun direktoru İrina Bokova, Monteneqro Prezidenti Filip Vuyanoviç, Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviç, Bolqarıstan Prezidenti Rozen Plevneliyev, Avstraliyanın sabiq Baş naziri Kevin Rud və digər rəsmilər NGBM üzvlərini qəbul ediblər.

Qeyd edək ki, yüksək səviyyəli görüş Birləşmiş Millətlər Təşkilatının yeni davamlı inkişaf proqramına və Paris İqlim sazişinin imzalanmasına həsr olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə