“Biz vətən övladlarıyıq”

Siyəzən rayon Mədəniyyət Mərkəzində yeniyetmə və gənclərin istedadlarının üzə çıxarılması məqsədi ilə "Biz vətən övladlarıyıq" mövzusunda mahnı və şeir müsabiqəsi keçirilib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, rayon məktəbliləri öz istedad və bacarıqlarını nümayiş etdirərək münsiflər heyəti tərəfindən qiymətləndiriliblər. Nəticədə, Bayramova Əfşan birinci yerə, Ağayeva Afaq ikinci yerə, Zeynalova Çinarə üçüncü yerə, Novruzova Şəfiqə, Mayılova Aynur, Məmmədova Əfsanə isə həvəsləndirici mükafata layiq görülüblər.

Tədbirdə 50 nəfər uşaq və yeniyetmə iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə