Nizami Kino Mərkəzində aprelin 28-dən etibarən "Sadəcə sev", "# Hər şeyi düzəltmək!?!" və "Canavarlar və qoyunlar: dəlicccəsinə çevrilmə" filmlərinin nümayişinə başlanıb. Mərkəzin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Rusiya istehsalı olan "Canavarlar və qoyunlar: dəlicccəsinə çevrilmə" animasiya filmini rejissor Maksim Volkov Nil Landaunun ssenarisi əsasında komediya və macəra janrında ekranlaşdırıb. Yaş həddi: 6+
Qurd sürüsünün sevimlisi olan cavan Boz canavarın ağlına da gəlmir ki, yaxın vaxtda öz həmcinslərinin arasında yada çevriləcək. Sürünün başına keçmək və gözəllər-gözəli dişi canavar Byankanın ürəyinin sahibinə çevrilmək iddiasında olan Boz bir çox fənnlərə əl atır. Sehirli məhlulu içərək onun vasitəsi ilə dəyişmək istəyən canavarın bütün işləri alt-üst olur. Möcüzə həqiqətən baş verir: Boz canavar qoyuna çevrilir. Öz qoyun canını qurtarmaq üçün o, canavar sürüsünü tərk edib qoyunların kəndində məskən salır.
İndi o, sevgilisinin və sürünün etibarını geri qazanmaqla yanaşı, yenidən Boz qurda çevrilməlidir.
Baş rolları Aleksandr Petrov, Elizaveta Boyarskaya, Sergey Bezrukov, Ekaterina İvançikova, Yuriy Qaltsev, Andrey Rojkov, Tatyana Şitova, Andrey Barxudarov, Dmitriy Filimonov ifa ediblər.
Ssenari müəllifi və rejissor Anton Kalinkinin çəkdiyi "# Hər şeyi düzəltmək!?!" filmi dram və musiqili komediya janrındadır. Yaş həddi: 12+
Qayğısız həyat keçirən musiqiçilər gözlənilməz əngəlli işə düşərək "Ulduz" ləqəbli zəhimli və ciddi birisinə böyük pul məbləğini borclu qalırlar. Qrupun mövcudluğu təhlükə altındadır. Ümumiyyətlə, gələcək dumanlı görünür. Amma tale onları qəribə avantyuranın içinə salır. Bu işdə biznesmen-olliqarx, onun diş parçalayan köməkçisi və "botanik"ə vurulan pank qızı var.
Filmdə Nikita Kiosse, Vladislav Ramm, Artyom Pindyura, Anatoliy Tsoy, Darya Moroz, Nikolay Baskov, Vyaçeslav Qrişeçkin, Darya Poverennova, Yola Sanko və İqor Jijikin çəkiliblər.
Milli ekran əsərləri sırasına daxil olan növbəti "Sadəcə sev" filminin rejissoru Sain Qəhrəman, ssenari müəllifi Elçin Muradovdur. Film melodram janrında çəkilib.Yaş həddi: 14+
İnsanlar sevdiklərinin dəyərini çox vaxt onları itirdikdən sonra bilirlər. Onda isə gec olur. Bu barədə Xəyal da düşünmürdü. Artıq evliliyin 5-ci ildönümünü yaşayan gənc həkim peşəsini o qədər sevir ki, ancaq işindəki uğurlar barədə düşünür. Hətta evlilik ildönümünü belə unudur. Onun həyat yoldaşı isə gənc müğənni-bəstəkar Günay, daim ondan sevgi və diqqət gözləsə də, artıq onun unutqanlılığına öyrəşir.
Filmdə baş rolları məşhur estrada müğənnisi Günay İbrahimli, aktyorlar Cövdət Şükürov və Elşən Rüstəmov canlandırıb. Həyəcan, eşq və göz yaşı ilə dolu olan filmdə Günay cəsarətli, ehtiraslı qadın obrazını yaradıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB