“Afife” Teatr Mükafatının təqdimetmə mərasimi keçirilib FOTOLAR

“Afife” Teatr Mükafatının təqdimetmə mərasimi keçirilib FOTOLAR

Türkiyənin 20-ci ilini qeyd edən "Afife" Teatr Mükafatının təqdimetmə mərasimi keçirilib. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yubiley münasibətilə, əlavə olunan "Haldun Dormen"lə birgə ümumilikdə 15 nominasiya üzrə mükafatlar sahiblərinə təqdim edilib.

"Haldun Dormen" mükafatının ilk sahibi "Yoldan çıxan oyun" tamaşası olub.

Dramaturq Seray Şahiner isə "Cevat Fehmi Başkut" mükafatına layiq görülüb.

Aktrisa Nihal Yalçın "İlin ən uğurlu aktrisası", İbrahim Selim "İlin ən uğurlu aktyoru", İlham Yazar "İlin ən uğurlu rejissoru", Ushan Çakır "İlin ən uğurlu aktyoru", Çiğdem Erken "İlin ən uğurlu səhnə musiqisi", Qamze Kuş "İlin ən uğurlu kostyum işi", Tuğçe Altuğ isə "İlin ən uğurlu yardımçı aktrisası" mükafatlarını qazanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə