Dramaturqun vəfatının 400-cü ili qeyd olunub

Klassik ingilis yazıçısı Uilliam Şekspirin ölümünün 400-cü ili vətənində xüsusi təmtəraqla qeyd olunub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, dramaturqun doğulduğu Strartfordda sakinlər Şekspirin maskaları və yaşadığı dönəmin kostyumları ilə küçələrdə yürüş edib, atəşfəşanlıq olub.

Həmçinin, yazıçının Londonda yaratdığı "Globe Theatre" teatrında müntəzəm olaraq, dramaturqun əsərlərinin tamaşaları nümayiş olunub.

Qeyd edək ki, Şekspir 26 aprel 1564-cu ildə İngiltərənin Stratford şəhərində anadan olub. 1585-1592-ci illərdə Londonda yaşayıb, orada aktyor, yazıçı və teatr şirkətinin təsisçilərindən biri kimi fəaliyyət göstərib. Şekspir 1613-cü ildə doğma şəhəri Stratforda qayıdıb və üç il sonra vəfat edib. O, dünya ədəbiyyatının ən məşhur dramaturqlarından biri, ən azı 17 komediyanın, onlarla tarixi pyesin, 11 faciənin və sonetlər silsiləsinin müəllifidir.

Bütün xəbərlər Facebook səhifəmizdə