“Turizm və qonaqpərvərlik tədqiqatları” jurnalı çapdan çıxıb

Azərbaycan Turizm və Menecment Universitetinin əsas nəşri olan "Turizm və qonaqpərvərlik tədqiqatları" jurnalının I sayı çapdan çıxıb. SİA-nın verdiyi xəbərə görə, jurnalın bu sayında yerli və xarici alimlərin 23 məqaləsi nəşr olunub.

Məqalələrdə turizmin inkişafına təsir edən amillər, dünyada baş verən proseslərin turizmin inkişafına təsiri, turizmin inkişafının iqtisadi inkişafa təsirləri, mədəni irsin inteqrasiyasında turizmin rolu, eləcə də, turizm sahəsində kadr potensialının inkişafının tədqiqinə geniş yer verilib.

Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin "Azərbaycanda turizmin inkişaf meyarları" məqaləsi jurnalın baş məqaləsi olmaqla, Azərbaycanda turizm bazarının əsas meyllərinin tədqiqinə həsr olunub. Məqalədə Bakıda və regionlarda turizm infrastrukturunun yaradılması sahəsində görülən işlərə, ölkədə keçirilən müxtəlif turizm tədbirləri, eləcə də, milli-mədəni dəyərlərin təbliği ilə bağlı reallaşdırılan layihələrin təhlilinə toxunulub.

Bütün xəbərlər Facebook səhifəmizdə