İngilis rəssamının portreti funt sterlinqdə

İngiltərə Bankı yeni 20 funt sterlinq nominallı pul əskinasının dizaynı haqqında məlumat verib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, üzərində Böyük Britaniya şahzadəsi II Elizabettanın rəsmi olan yeni əskinasın arxasında artıq XIX əsrin məşhur ingilis rəssamı Uilliam Törnerin şəkli təsvir olunacaq. Əskinasın 2020-ci ildə dövriyyəyə buraxılması nəzərdə tutulub.

İngiltərə Bankının direktoru Mark Karni bildirib ki, 2013-cü ildən etibarən, əskinasın arxasında təsvir olunacaq məşhurun kimliyi ilə bağlı fikir mübadiləsinə başladıq. Nəticədə, 29 min namizəd arasından 590 tanınmış şəxsiyyət seçildi. Sonda yekdilliklə Uilliam Törnerin portreti üzərində dayanıldı.

Qeyd edək ki, rəssamın portretinin fonunda 1839-cu ildə çəkdiyi ""Cəsarətli" gəminin sonuncu səfəri" tablosu əks olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...