Azərbaycan multikulturalizmi üzrə mühazirələr oxunur

Azərbaycan multikulturalizmi üzrə mühazirələr oxunur

Azərbaycan Respublikası Təhsil Nazirliyi, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi və Bakı Slavyan Universitetinin birgə həyata keçirdiyi Azərbaycan multikulturalizminin öyrənilməsinə həsr olunmuş "Səyyar mühazirələr" layihəsi çərçivəsində təhsil müəssələrində mühazirlərin oxunmasına start verilib. BSU-nun Mətbuat xidməti SİA-ya verilən məlumata görə, ümumilikdə 84 təhsil müəssisəsini əhatə edən proqram üzrə artıq №189-190, №160, №49, №34 saylı tam orta məktəblərdə "Azərbaycanda multikulturalizm və tolerantlıq" mövzusunda ilk mühazirələr oxunub.

Bakı Slavyan Universitetinin Xarici siyasət və diplomatiya kafedrasının müdiri, dosent Şirinbəy Əliyev və Azərbaycan multikulturalizmi kafedrasının müəllimi Maya Cəfərquliyeva müəllim və şagirdlərlə görüş zamanı mövzuya dair mühazirə oxuyub, diskussiyalar aparıblar. Böyük maraq və tolerantlıq abu-havasında keçirilən tədbirlər zamanı iştirakçılar mövzu ilə bağlı suallar veriblər.

Bütün xəbərlər Facebook səhifəmizdə