İngiltərə ilə Hindistan arasında almas davası

Şahzadə II Elizabetin anası Elizabet Bouz-Layonun tacındakı almas daşı İngiltərə ilə Hindistan arasında mübahisə predmetinə çevrilib. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, Hindistanın Mədəniyyət Nazirliyi tacdakı "Kuh-i Nur" ("Nur Dağı") daşının onlara məxsus olduğunu və mənəvi dəyəri zəngin olan bu daşı geri almaq üçün sərt addımlar atılacağını bildirib. Hindlilər almasın XIX əsrdə İngiltərə tərəfindən oğurlandığını iddia edərkən, qarşı tərəf bu qiymətli daşın şahzadə Viktoriyaya hədiyyə edildiyini bildirib.

Qeyd edək ki, almas XIII əsrdə Hindistanda 186 karat dəyərində tapılıb. Daha sonra yonulub 105 karat olduqdan sonra əldən-ələ keçərək, 1851-ci ildə İngiltərəyə gətirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə